1. Məlumat səhifəsi – Mövcud balansınız və digər paketlərin həcmi ilə bağlı məlumatlar, xəttinizin və tarifinizin statusu; 2. Tariflər – Özünüzə uyğun tarifi aktivləşdirmək, dəyişmək, deaktivasiya etmək imkanı və ətraflı məlumat hamısı bir arada; 3. Sürətli internet və SMS paketləri – İstifadə tərzinizə uyğun paket seçmək imkanı; 4. Bildirişlər – “Bakcell”in məhsulları, xidmətləri ilə bağlı ən son bildirişləri almaq, güzəştlərdən və kampaniyalardan hamıdan əvvəl faydalanmaq imkanı; 5. Bir neçə nömrəyə nəzarət – Bir tətbiqdə bir neçə nömrəni qeydiyyatdan keçirmək, nəzarət və istifadə etmək imkanı; 6. eSIM – Plastik SIM kartdan yeni nəsil eSIM nömrəyə keçmək imkanı; 7. Balansın artırılması – Asanlıqla balansı artırmaq imkanı; 8. CINKredit | KlassKredit – Balansda kifayət qədər vəsait olmayanda CINKredit yaxud KlassKredit vasitəsilə əlaqə saxlamaq imkanı; 9. Rouminq – Xarici səfərlərdə daim ünsiyyətdə qalmaq üçün bütün imkanlar; 10. Pulköçürmə – Öz balansınızdan digər CIN yaxud Klass abunəçisinin balansının artırmaq imkanı; 11. Pulsuz SMS – Günlük 15 şəbəkədaxili və 10 şəbəkəxarici SMS pulsuz göndərmə imkanı; 12. İstifadəçi səhifəsini tənzimləmək – Mobil tətbiqdə adınıza açdığınız hesabı rahatlıqla tənzimləmək imkanı; 13. İstifadə tarixçəsi – İstifadə etdiyiniz mobil xidmətlər haqqında ümumi və ətraflı tarixçəni əldə etmək imkanı; 14. Əməliyyatlar tarixçəsi – Mobil xidmətlər üçün etdiyiniz xərclərin tarixçəsini əldə etmək imkanı; 15. “Mənə zəng et” xidməti – Balansınız bitsə belə, istənilən mobil nömrəyə sorğu göndərib, sizə zəng etməyi xahiş edə bilərsiniz; 16. Xidmət mərkəzləri – Sizə yaxın olan xidmət mərkəzləri və rəsmi tərəfdaşlarımızın ünvanlarını anında görmək imkanı; 17. STAR+ – Bonus kampaniyası. Mobil tətbiqdən istifadə və dostlarınızı tətbiqdən istifadəyə dəvət etməklə bonuslar toplamaq və hədiyyələrə dəyişmək imkanı; 18. Dəyərləndirmə və bonus – Bizim tətbiqi dəyərləndirməklə bonus əldə etmək imkanı; 19. Onlayn çat – “Bakcell”in rəqəmsal kanallar üzrə xidmət təmsilçiləri ilə ünsiyyət quraraq müraciətlərinizi birbaşa ünvanlamaq imkanı. Qeydlər - “Bakcell” tətbiqindən istifadə pulsuzdur, yalnız tətbiq daxilində xarici linklərə istinad və rouminqdə istifadə zamanı balansınızdan tarifinizə uyğun olaraq xidmət haqqı tutulacaq; - "Qayda və Şərtləri" qəbul etməklə siz abunəçi öhdəliklərinə məsul şəxs hesab olunursunuz.